Cəmiyyət

Azərbaycanda ilk dəfə: Nardaranda qadın polislər - FOTO

1 Dekabr 2015 17:09
10 Şərh     Baxış: 16 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün səhər saatlarından hüquq-mühafizə orqanları tərəfindən Naradaranda növbəti əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin, Daxili Qoşunların və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

Milli.Az-ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı DİN əməkdaşları sakinlərə qarşı olduqca həssas davranıblar. Belə ki, qəsəbə sakinləri olan qadınları kişi polis əməkdaşları əvəzinə xanım əməkdaşları yoxlayıblar.

Azərbaycanda hüquq-mühafizə orqanlarının indiyədək həyata keçirdikləri əməliyyatlar arasında ilk dəfədir ki, xanım polislər genişmiqyaslı nəzarət yoxlama proseslərinə cəlb olunublar.

Qeyd edək ki, dünya təcrübəsində xüsusi təyinatlı polislər əməliyyata gedərkən onlar arasında ancaq kişilər olur, qadınlar belə əməliyyatlara cəlb olunmurlar. Ancaq DİN Nardaran sakinlərinə anlayışlı yanaşdığı üçün orada keçirilən əməliyyata xanım polisləri də cəlb edib.

Ceyhun Ələkbərov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.