Cəmiyyət

Həmyerlimizin Ərbəin təəssüratları

1 Dekabr 2015 23:15
1 Şərh     Baxış: 3 238
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmaz Cümə məscidinin imam-camaata Zaur Məmmədov bu il Ərbəin ziyarəti üçün Kərbəlaya yollanan çoxsaylı həmyerlilərimiz sırasındadır. 
Milli.Az islam.az-a istinadən  onun bu ziyarət haqqında şəxsi FB profilində bölüşdüyü təəssüratları oxucuların diqqətinə çatdırır.

"Əvvəli İran kömrüyündə, bir başı da Kərbəlaya çatan 500 km məsafəni dolduran bir çox dünya ölkələrindən gələn eşq karvanı yürüşə davam edir. Hələ ki, Bağdaddan, İraqın digər şəhərləri və ətraf qonşu ölkələrdən gələn zəvvarlar təbii ki, bu hesaba aid deyirlər. Bu qədər məsafədə qurulmuş çadırlardan başqa bütün evlər zəvvarların yataqxanası, arası kəsilmədən bişirilməkdə olan müxtəlif növ yeməklər, çay, süd və bir sözlə bütün nazi-nemətlər hamısı ehsandır. Burada xidmət göstərən insanlar isə sanki zəvvarların nökərləridirlər. Kəmiyyət və keyfiyyətinə görə dünyanın ən böyük təşkilatı Ərbəin yürüşü qeyri-adiliyi, xeyir və bərəkətinə görə yenə də bir başqa səhnə yaradıb.

Keçən il bu mərasimdə iştirak edənlərin sözlərinə görə, zəvvar sayı ən azı iki dəfə artıb. Onlar bu qənaətlərini zəvvarlar üçün nəızərdə tutulan tək yola ikinci yolun əlavə edilməsi ilə əlaqələndirirlər. Lakin bu qədər say çoxluğu bu yollarda ehsan edilən heç bir xidmətə təsir göstərmir. Zəvvarlar istənilən məsafədə istirahət edib qarınlarını doyura bilirlər. Özü də artıqlaması ilə. Burda hər kəs öz ehsanına müştəri axtarır. Zəvvarları yedizdirmək və istirahətləri üçün şərait yaratmaq üçün bir-birləri ilə rəqabət edirlər. Bu rəqabət zaman-zaman şirin diskussiyalara belə səbəb olur.

Bundan başqa ehsanlarına müştəri gəzənlər hətta reklamlar asır və şəxsən təbliğatını aparırlar. Hətta yolun çətinliklərini xatırladıb qalmağımız üçün yalvaranlar belə gördüm. 8-10 yaşlarında bir uşağın gecənin bir yarısı öz ərəbi dilində "qabaqda itlər var" deməsi daha çox təsirli idi. Xarici qonaqların onun dilini başa düşməyəcəyini gördükdə isə izah etmək üçün it kimi hürməyi gözümüzü doldurdu. Təbii ki, biz onun bu bəhanəsinin səbəbini çox yaxşı bilirdik. Çünki hər addımda bənzər hadisələr ilə tez-tez rast gəlirdik. Odur ki, bunlardan başqa da ehsan verib zəvvarlara xidmət göstərmək üçün müxtəlif bəhanələr müşahidə etdik ki, yazmaqla qurtaracağına inanmıram. Özü də bu insanlar bu xidməti çox yüksək zövq və böyük həvəslə edirlər. Burada iştirak edən hər kəs bir-birinə hansı bir yaxşılığı necə edəcəyi haqqında düşünür. Bu elə bir tədbirdir ki, burada dünyanın bütün valyutaları öz dəyərini tamamilə itirir. Burada pul əvəzinə işlədilən sadəcə bir cümlə var. O da Peyğəmbər (s) və pak Əhli-Beytinə (ə) salam və salavatdır. Zəvvarların  özlərinə gəlincə, bunu tam əminliklə deyə bilərəm ki, hər biri özünü belə unudub. Yalnız Allah və Onun sevilmələrini vacib etdiyi şəxslərdən başqa heç kim yada düşmür. Hamının dilində bir kəlmə var: Ləbbeyk, ya Hüseyn!

Bir sölə, mən Həcc başda olmaqla bir çox böyük tədbirlərdə iştirak etsəm də, belə bir səhnə ilə ilk dəfədir ki, qarşılaşıram. Düşünürəm ki, bir çoxları üçün də belədir.

Bu arada bir çox ölkələrdən gələn müsəlmanlarla da görüşmək imkanımız olur. İraqda yaşayan kərküklü türklərdən Nurəddin ilə çəkdikləri əziyyətlərdən və türk dünyasının laqeydliyindən, bəsrəli Əhməd ilə Rusiyanın Suriyada həyata keçirdiyi əməliyyatlardan, qətifli Hüseyn ilə Şeyx Nimri və Səudiyyədə yaşayan şiələrin bugünkü durumundan, bəhreynli Mehdi ilə Bəhreyn hadisələrindən və digər dillərini bildiyim müsəlmanlarla fikir mübadiləsi etmək imkanımız oldu".
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.