Cəmiyyət

Bakıda avtomobilin arxa şüşəsinə monitor qoydular - VİDEO

30 Noyabr 2015 22:11
7 Şərh     Baxış: 2 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bununla bağlı video sosial şəbəkələrdə yayılıb

Bəzi sürücülər daha fərqli görünüş üçün avtomobillərinə əlavə avadanlıqlar quraşdırırlar. Buna müxtəlif monitorları, səs gücləndiriciləri və s. misal göstərmək olar. Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, sosial şəbəkələrdə maraqlı bir görüntü yayılıb.

Belə ki, paytaxtda avtomobillərdən birinin arxa şüşəsinə hansısa texniki vasitələrin köməyilə müəyyən görüntülərin əks etdirildiyi haqda video yayılıb. Bəs görəsən qanunvericilikdə bu məsələ necə şərh edilir ?

Avtomobilin arxa şüşəsinə ya monitor quraşdırılıb, ya da xüsusi texniki vasitələrlə arxaya görüntü əks etdirilir. Bakıda çəkilən bu görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Görüntüyə əsasən avtomobilin hərəkətdə olub-olmadığını müəyyən etmək çətindir.

Ekspertlər hesab edir ki, arxa şüşəyə əlavə avadanlıqlara görüntünün əks etdirilməsi hərəkət zamanı olduqca təhlükəlidir. Avtomobil aksesuarlarının satıldığı məntəqələrlə maraqlandıq. Belə monitorların satışda olmadığını bildirdilər.

Ehtimal ki, oxşar texniki vasitəslər xaricdən sifarişlə gətirirlib. Əksər sürücülər bundan istifadə edib, avtomobillərinə quraşdıra bilər. Amma yol hərəkəti haqqında qanunun 14-cü maddəsi bunu qadağan edir.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

Bakıda avtomobilin arxa şüşəsinə monitor qoydular

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.