Cəmiyyət

Valideynlər, diqqət! - VİDEO

30 Noyabr 2015 21:53
15 Şərh     Baxış: 4 459
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Gömrük və Ticarət Nazirliyi bəzi uşaq bezlərinin satışına qadağa qoyub. Məlum olub ki, həmin bezlərin hazırlanmasında kimyəvi maddələrdən istifadə edilir. Nəzərə alsaq ki, ölkəmizdə satılan belə məhsulların əksəriyyəti xaricdən idxal olunur, buna görə də valideynlər diqqətli olmalıdırlar.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, həkimlər uşaq bezindən istifadə edən valideynlərə xəbərdarlıq edir. Türkiyənin Gömrük və Ticarət nazirliyi ucuz qiymətə satılan bəzi uşaq bezlərinin satışına qadağa qoyub. Səbəb həmin bezlərin tərkibindəki kimyəvi maddələrin körpələrə zərərli olmasıdır. Zəhərli uşaq bezi təhlükəsi Azərbaycanda da valideynləri narahat edib.

Valideynlər, bir ədədinin qiyməti ölçüsündən asılı olan uşaq bezlərini alarkən daha çox keyfiyyətə üstünlük verdiklərini deyirlər. Üstəlik müassir dövrdə uşaq bezindən imtina da ağlasığmaz sayılır.

Ölkəmizdə satışda olan uşaq bezlərinin üzərində tərkibi ya da hansı maddələrdən hazırlandığına dair məlumatlar yoxdur. Bu sahədə qeyri-ərzaq məhsullarının satışına nəzarət edən Respublika Sanitariya-Karantin Müfəttişliyi məsuldur ki, gün ərzində bu qurumdan nə isə öyrənmək mümkün olmadı.

Pediatrlar isə deyir ki, uşaq bezləri anaların işini asanlaşdırsa da köpənin 6 ayından sonra istifadəsi məsləhət deyil.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.
Valideynlər, diqqət!

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.