Cəmiyyət

Ayın ilk günü Azərbaycanda hava necə olacaq?

30 Noyabr 2015 18:33
27 Şərh     Baxış: 6 050
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dekabrın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, səhər və gündüz yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var.

Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-10°, gündüz 13-17° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Gecə 0-5° isti, bəzi yerlərdə 4° şaxta, gündüz 10-15° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi, axşam tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və səhər yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Gecə 2-7° isti, gündüz 9-14° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə yağış yağacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 9-14° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 11-14° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-12° isti təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.