Cəmiyyət

Zəlimxan Yaqubun vəziyyəti pisləşdi

30 Noyabr 2015 15:30
29 Şərh     Baxış: 5 378
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq şairi Zəlimxan Yaqubun vəziyyəti kritikdir.

Publika.az-ın əldə etdiyi məlumata görə, xəstəxanada dializ alan şair artıq ev şəraitində dializ olunur.  
 
Bütün cəhdlərimizə baxmayaraq, xalq şairi ilə əlaqə saxlamaq mümkün olmayıb.
 
Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu şairin evdə dializ aparatına qoşulduğunu təsdiq edib.
 
Xatırladaq ki, xalq şairinin səhhəti hələ sentyabrdan pisləşib. Bir neçə gün Mərkəzi Klinik Xəstəxanasında müalicə olunan xalq şairi sonradan Almaniyaya gedib. Bu, müayinə məqsədilə olsa da, o, 1 aydan artıq həmin ölkədə qalıb. Həkimlərin qərarı ilə həmin ölkədə bir aya yaxın müalicə alan şair Bakıya qayıdandan sonra səhhəti daha da pisləşib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.