Cəmiyyət

Aygün Səmədzadənin konsertində kimlər oxuyacaq?

30 Noyabr 2015 13:29
1 Şərh     Baxış: 1 380
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dekabrın 1-də Heydər Əliyev Sarayında əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadənin "Biri varmış, biri yoxmuş" adlı sənət gecəsi keçiriləcək. Bəstəkar bu barədə Milli.Az-a danışıb:

"Konserti orkestrlə verirəm və hansı mahnılar oskestrdə gözəl səslənirsə, onları seçmişəm. Həmçinin, bilirəm ki, hansı müğənni canlı ifa etməyə qadirdir. Konsertin repertuarını isə mahnıların üslubuna görə müəyyən etmişik. Yəni hansı mahnı orkestrdə gözəl səslənir, hansı mahnı estrada mahnısı kimi ifa ediləcək.

Konsertdə canlı orkestr və canlı ifa, həmçinin məsuliyyətlə məşqlərdə iştirak edəcək ifaçılar olacaq. Həmçinin, müğənninin konsertdə ifa etməyə həvəsi olmalıdır. Bəzi ifaçılara konsertdə oxumağı təklif etdim, ancaq onlardan səs çıxmadı. Düşündüm ki, canlı ifadan qorxurlar. Fonoqram oxumağa öyrəşən müğənnilər canlı ifadan qorxurlar. Fonoqramda səsi hamarlayırlar, canlı ifada isə heç nəyi gizlətmək olmur. İki minlik auditoriyanın qarşısına sağlam səslə çıxmalısan. Buna ürək edənlər sağ olsunlar ki, mənimlə bərabərdilər". 

Sevinc
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.