Cəmiyyət

Sələfilər Elşad Miriyə qarşı - VİDEO

30 Noyabr 2015 11:24
17 Şərh     Baxış: 3 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan sələfilərinin lideri kimi tanınan Qamət Süleymanovun sağ qolu Useyd Turabov Elşad Mirinin əleyhində video hazırlayıb.
Milli.Az bildirir ki, Qamət Süleymanovun qardaşı Yaşar Süleymanov, daha sonra Kamal Hüseyn adlı sələfi bu antitəbliğata qoşulub. Qamət Süleymanov da Elşad Mirini ilahiyyatçı deyil, jurnalist adlandıraraq tərəfdarlarına ondan uzaq olmağa dəvət edib.
 
Useyd Turabovun videosu isə daha təhlükəlidir. Çünki həmin səsyazısında xəbərdaredici məqamlar öz əksini tapıb. Belə ki, Elşad Mirinin fikirlərinə görə Səudiyyə Ərəbistanında olsa, həbs ediləcəyini, sonra tövbəyə dəvət ediləcəyini, tövbə etmədiyi təqdirdə isə edam ediləcəyini bildirib. Digər Mədinə tələbəsi Ramil Soltanov ona məxsus olan Youtube kanalında həmin materialları yayaraq tərəfdarlarına ismarıc göndəriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.