Cəmiyyət

"50 min verməsəz, lüt şəkillərinizi yayacağam"

30 Noyabr 2015 11:55
10 Şərh     Baxış: 5 219
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda iki bacı şantaja məruz qalıb.

Milli.Az-ın verdiyi xəbərə görə, bu barədə bacılar polisə məlumat veriblər.

1980-ci il təvəllüdlü Ş.Yunusova deyib ki, özünü İbrahim kimi təqdim edən şəxs son bir neçə gün ərzində dəfələrlə zəng edərək onun və bacısı, 1978-ci il təvəllüdlü X.Yunusovanın çılpaq şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib.

Zəng edən şəxs onlardan bunu etməməsi müqabilində 50 min manat tələb edib. Həmçinin deyib ki, əgər pulu verməsə və bu barədə polisə desə, onların hər ikisini öldürəcək.

Araşdırma aparılır.

Fatimə İshakova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.