Cəmiyyət

Eldar Mahmudovun dəstəsinə hansı hakimlər kömək edib?

30 Noyabr 2015 10:27
0 Şərh     Baxış: 3 188
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Eldar Mahmudovun Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbərliyindən uzaqlaşdırılmasyla böyük bir cinayətkar dəstənin dəhşətli əməlləri faş oldu.

Hazırda MTN-in ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma faktları ilə bağlı cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.Baş Prokurorluğun məlumatına görə, qeyd olunan faktlar üzrə MTN-dən qovulan 19 sabiq vəzifəli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə həbs olunub, 1 nəfər ev dustağı edilib, istintaqdan yayınan 1 şəxs barəsində axtarış elan edilib.Baş Prokurorluğun məlumatında adı keçən MTN-nin 19 sabiq əməkdaşı aşağıdakılardır:
Akif Çovdarov (MTN Baş İdarəsinin sabiq rəisi),
Akif Əliyev, (sabiq şöbə rəisi),
Səlim Məmmədov (sabiq şöbə rəisi),
Orxan Osmanov (sabiq şöbə rəisi),
Sübahir Qurbanov (MTN Baş İdarəsinin sabiq rəisi),
Füzuli Əliyev (sabiq şöbə rəisi),
Natiq Alıyev (sabiq şöbə rəisi),
Zaur Məmmədov (sabiq şöbə rəisi),
İlqar Əliyev (MTN Baş İdarəsinin sabiq rəis müavini),
Azər Mehdiyev (sabiq şöbə rəisinin müavini),
Teymur Quliyev (MTN Baş İdarəsinin sabiq rəisi),
Natavan Mirvətova (MTN Baş İdarəsinin sabiq rəisi),
Elşad Əzizov (MTN Baş İdarəsinin sabiq əməkdaşı),
Anar Şirəliyev (MTN Baş İdarəsinin sabiq əməkdaşı),
Fərhad Atayev (MTN Baş İdarəsinin sabiq əməkdaşı),
Eşqin Əliyev (MTN Baş İdarəsinin sabiq əməkdaşı),
Vüsal Ələkbərov (sabiq şöbə rəisi),
Mehman Abdullayev (MTN Baş İdarəsinin sabiq əməkdaşı),
Mirəziz Əsgərov (MTN Baş İdarəsinin sabiq şöbə rəisi).
Baş Prokurorluğun açıqladığı yuxarıdakı siyahıdan sonra mediada ev dustağı edilən (barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən) 1 nəfər şəxsin MTN-in Əməliyyat-Texniki Baş İdarəsinin sabiq rəisi, general-mayor Natavan Mirvətova olduğu haqda xəbər dərc oldundu.
Milli.Az modern.az-a istinadən bildirir ki, əslində ev dustağı edilən şəxs mətbuatın bir qədər əvvəl yazdığı kimi Natavan Mirvətova deyil, sabiq nazirin özü Eldar Mahmudovdur.
İstintaqdan yayınan 1 nəfər sabiq MTN-çinin adı isə hələ ki açıqlanmayıb.
Baş Prokurorluğun rəsmi məlumatında bildirilir ki, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərər çəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.
Musavat.com bildirir ki, MTN əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş şəxslərin əksəriyyəti sahibkarlar, müxtəlif iş adamlarıdır. Və onların bir çoxu barələrində təqdim edilən qondarma ittihamlarla məhkəmə qarşısına çıxarılıb, hökm oxunab, həbsə atılıb.
Bu isə o deməkdir ki, sabiq MTN-çilərin təqdim etdiyi saxta dəlillər hansısa məhkəmə hakimləri tərəfindən obyektiv araşdırlmadan sahibkarlar barəsindən əsassız hökm çıxarılıb. Dolayısı ilə bəzi məhkəmə hakimləri bilərəkdən, qorxudan, ya da rüşvət müqabilində Eldar Mahmudovun quldur dəstəsinin cinayətinə hüquqi don geyindirib.
Həmin hakimklər kimlər olub, onları Eldar Mahmudovun dəstəsinə bağlayan tellər nədir?..
Yəqin ki, sabiq MTN-çilərdən ibarət quldur dəstəsinin cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirlərinin gedişində bu haqda bilgilər aydınlaşacaq...
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.