Cəmiyyət

Nardaranda polislə atışanın morqdakı FOTOları

30 Noyabr 2015 09:56
9 Şərh     Baxış: 13 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nardarandakı əməliyyat zamanı polisldə atışmada öldürülən Əkbər Babayevin morqda çəkilmiş fotoları sosial şəbəkələrdə yayılıb.
Milli.Az bildirir ki, fotoları "Hacı Mahir" və "Natiq Kazımov" nikli şəxslər yayıblar.
Əkbər Babayevin vücudunda döymələr aşkar görünür.
Xatırladaq ki, Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməliyyat keçirən zaman onlara silahlı müqavimət göstərərkən Əkbər Babayev, Sarvan Səfərov və Abbas Hüseyn zərərsizləşdiriliblər.
Noyabrın 24-də Nardarandakı əməliyyat zamanı polis "Kalaşnikov" avtomatlarındani atəş açılıb, əl qumbarası atılıb. Radikal ekstremistlərdən 4 nəfər öldürülüb, bu zaman iki polis əməkdaşı şəhid olub.
Xatırladaq ki, Taleh Bağırov, Elman Ağayev, Zülfüqar Mikayılov və Əbülfəz Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə "Müsəlman birliyi" adlı hərəkat yaradıblar. Adları çəkilən şəxslər Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplayıb, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil ediblər.
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.