Cəmiyyət

Borca görə gəncin əllərinin kəsilməsi - TƏFƏRRÜATLAR - VİDEO - FOTO

30 Noyabr 2015 07:43
21 Şərh     Baxış: 8 016
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabrın 28-də Zaqatalada törədilən cinayətin təfərrüatları məlum olub.
Milli.Az "Report"a istinadən  xəbər verir ki, Zaqatala şəhəri, Azərbaycan prospektində yaşayan 1989-cu il təvəllüdlü Vüsal Bəşirov hər iki qolunun bilək nahiyəsindən tamamilə kəsilməsi xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Vüsal Bəşirovun üzərində təcili əməliyyat aparılıb və hər iki qolu biləkdən amputasiya edilib.
Cinayət 1350 manat borca görə baş verib. Zərərçəkən Zaqatala şəhəri, Azərbaycan prospektində yaşayan 30 yaşlı Araz Abdullayevə pul borclu olub. Həmin şəxs B.Vüsalın ağzını və əl-ayağını yapışqanlı lentlə bağlayaraq Tala çayın üzərindən keçən asma körpünün altında qollarını kəsib. Cinayəti törədən A.Araz sonradan polisə gedərək təslim olub.
Zərərçəkmişin atası Vahid Bəşirovun dediyinə görə oğlunun borcu olub. Oğlu Bakıdan qayıdan vaxt onu qarşılamağa gedib. Borclu olduğu şəxslər isə Vüsalı söhbət etmək adıyla çayxanaya aparıblar. Oğlundan narahat olan V.Bəşirov onun mobil telefonuna zəng etsə də, zəng çatmayıb. Bir qədər sonra isə oğlunun telefonundan zəng gəlib, danışan şəxs onun əllərini kəsdiyini və xəstəxanaya aparıldığını deyib.
Polis şöbəsindən isə istintaq getdiyinə görə, hadisənin təfərrüatları barəsində məlumat verilməyib.
Zərərçəkənin yaxınlarının bildirdiklərinə görə, cinayəti törədənlər İslamın qeyri-ənənəvi təriqətinin nümayəndələri olublar.
Qeyd edək ki, əlləri kəsilən Vüsal Bəşirov əvvəllər məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Zaqatala rayon Polis şöbəsi tərəfindən hadisəni törədən şəxs və yaxud şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində araşdırmalar aparılır.

Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin.

Borca görə gəncin əllərinin kəsilməsi - 2

Borca görə gəncin əllərinin kəsilməsi - 1

Borca görə gəncin əllərinin kəsilməsi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.