Cəmiyyət

Barda həmcinsin üzünə "şram" atan qıza cinayət işi açıldı

29 Noyabr 2015 23:56
15 Şərh     Baxış: 2 664
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda bir müddət öncə gecə klubunda qadınlar arasında baş verən davaya görə cinayət işi açılıb.

Milli.Az-ın verdiyi xəbərə görə, hadisə Nizami rayonunda baş verib. Gecə 04 radələrində R.Rüstəmov küçəsindı yerləşən gecə klubunda qızlar arasında insident yaşanıb. Göyçay rayon sakini 1998-ci il təvəllüdlü Qönçə Nağıyeva həmin vaxt orada olan Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü Anarə Qasımova ilə mübahisə edib. Q.Nağıyeva əlində olan pivə butulkasını sındıraraq onunla A.Qasımovanın sifətdən vuraraq "şram" atıb.

Faktla bağlı Nizami RPİ-də Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar davam edir.

Fatimə İshakova

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.