Cəmiyyət

Azərbaycanda qəribə heyvan skeleti tapılıb - FOTO

29 Noyabr 2015 21:12
29 Şərh     Baxış: 6 337
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağcabədi rayonunda Azərbaycan faunasına yad olan qəribə heyvan skeleti tapılıb.

Milli.Az "report"a istinadən xəbər verir ki, heyvanın qəribəliyi onun yalnız iki ayağının olmasındadır.

Skeletin uzunluğu 1 metrə çatır. Heyvanın iki uzun ayağı var, iri dişləri ilə diqqət çəkir.

Skelet E.Bünyadov küçəsində yaşayan Səməd Abdullayevin evinin zirzəmisindən tapılıb. Ev sakini hesab edir ki, heyvan nə vaxtsa onun zirzəmisində yuva salıb.

Artıq iki gündür aşkar edilən naməlum heyvan skeletinə, hələlik heç bir mütəxəssis baxış keçirməyib. Ev sakinləri hadisə ilə əlaqədar kimə müraciət etməli olduqlarını bilmirlər.

Qeyd edək ki, bu heyvan növü 2014-cü ildə Lənkəran zonasında da aşkar edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.