Cəmiyyət

Azərbaycanda canavar gənci parçaladı - FOTO

29 Noyabr 2015 20:14
27 Şərh     Baxış: 15 208
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevirdə məcburi köçkünlərin məskunlaşdığı qoyun fermasına canavar hücum edib. Milli.Az anspress-ə istinadən xəbər verir ki, yırtıcının yaxınlaşdığını görən, Kəlbəcər rayon sakini Elçin Məmişov qoyunları qorumağa çalışıb.

Bu zaman canavar onun üzərinə atılıb. Yırtıcı yerə yıxılan gənci üz və baş nahiyəsindən yaralayıb.

Canavarın hücum etdiyi ferma

Daha sonra canavar yaxınlıqdakı sakinlərə hücum edib. İnsanları bu dəfə yırtıcının hücumundan şəhər sakinlərindən birinin iti xilas edib.

Sakinləri canavarın hücumundan xilas edən Pitbull

"İti buraxdıq, getdi canavarın boğazındanyapışdı. Elə o vaxt uşaqlar gəldi yabayla tutdu Mən də gəlidim başına hardasa 15 dəfə baltayla vurdum", - deyə itin sahibi Məhərrəm Məmmədov bildirib

Yaralı Elçin Məmişov təcili tibbi yardım maşını ilə Mingəçevir şəhər xəstəxanasına çatdırılıb. Baş nahiyəsinə tikiş qoyulub, lazimi tibbi yardım göstərilib. Müalicəsi davam etdirilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir.

Xəsarət alan Elçin Məmişov

Əraziyə baytarlıq idarəsinin əməkdaşları da gəlib.

Canavarın başı Respublika Baytarlıq Laboratoriyasına göndəriləcək

Yırtıcının başı kəsilərək Respublika Baytarlıq Laboratoriyasına göndərilmək üçün götürülüb. Canavarın cəsədi isə baytarların nəzarəti altında yandırılaraq basdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.