Cəmiyyət

11-ci sinif şagirdi təbii qazdan zəhərlənib

29 Noyabr 2015 19:45
7 Şərh     Baxış: 1 282
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oğuzda 11-ci sinif şagirdi təbii qazdan zəhərlənib.

Oğuz Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, rayonun Qumlax kənd sakini, 1999-cu il təvəllüdlü Həcər Azər qızı İsmayılova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.
 
Müayinə zamanı məlum olub ki, H. İsmayılova qazdan zəhərlənib.
 
Xəstənin vəziyyəti orta-stabil qiymətləndirilir.
 
H. İsmayılovanın anasının bildirdiyinə görə, Həcər çaydanı qaz sobasının üstündə qoyandan sonra yuxuya gedib. Çaydanın qaynayıb daşması nəticəsində yanan qaz sönüb və otağa təbii qaz dolub.
 
H. İsmayılova bunun nəticəsində zəhərlənib.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.