Cəmiyyət

Şəkidə 61 yaşlı kişi intihar etdi

28 Noyabr 2015 23:55
6 Şərh     Baxış: 2 323
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkidə 61 yaşlı kişi maşın qarajında intihar edib.
Milli.Az APA-ya istinadən bildirir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə noyabrın 28-i saat 15:45 radələrində Şəki şəhəri Sülh küçəsi ev 16 ünvanında qeydə alınıb. Şəki şəhər sakini 1954-cü il təvəllüdlü Yaşaq Əkbər oğlu Nəcəfovun meyti yaşadığı evin həyətində tikilmiş maşın qarajından asılı vəziyyətdə həyat yoldaşı Telli tərəfindən aşkar edilib. Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan işçilərinin apardıqları araşdırma zamanı 61 yaşlı Yaşaq Nəcəfovun intihar etməsi məlum olub.
 
Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.