Cəmiyyət

Qaxda 58 yaşlı qadın intihar etmək istədi

28 Noyabr 2015 23:53
1 Şərh     Baxış: 1 436
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qaxda 58 yaşlı qadın intihara cəhd edib. Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, noyabrın 28-i səhər saatlarında Qax şəhəri Vaqif Eyvazov küçəsi ev 52 ünvanında yaşayan 1957-ci il təvəllüdlü Şahpəri Qurban qızı Omarova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.
Milli.Az APA-ya istinadən bildirir ki, həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 58 yaşlı qadın intihar etmək məqsədi ilə sirkə turşusu içib. Xəstəxananın reanimasi şöbəsində müalicə alan Şahpəri Omarovanın vəziyyəti hazırda orta-stabil olduğu bildirilir. Məlumatda o da bildirilir ki, Şahpəri Omarov uzun illərdi əsəb xəstəliyindən əziyyət çəkir.
 
Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.