Cəmiyyət

Bakıda sərnişinləri ölümə itələyən avtobus

28 Noyabr 2015 13:38
24 Şərh     Baxış: 4 426
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda dayanacağa girə bilməyən avtobus, sərnişinləri yolun ortasında mindirməli olur

Milli.Az xəbər verir ki, paytaxt sakinlərinin avtobus problemləri və şikayətləri bitmək bilmir. Bu dəfə söhbət 88 və 5 saylı xətt üzrə hərəkət edən sərnişin nəqliyyatından gedir.

Saytımıza şikayət məktubu ünvanlayan Bakı sakininin dediklərinə görə, bir neçə gün öncə "Kukla teatrı"nın yanında 5 saylı avtobusa minə bilməyib. Buna səbəb isə 88 nömrəli marşrutun dayanacağı zəbt etməsidir.

"Şikayətim 99-JX-286 nömrəli 88 saylı avtobusdandı. Sözügedən marşrut sərnişinlərin həyatını riskə atır, son iki gün bu hal ilə tez tez rastlaşıram.

Dayanacaqda azı 10 nəfər 5 saylı avtobusu gözləyirdi. Gözlədiyimiz avtobus bir neçə dəqiqə keçdikdən sonra dayanacağa yaxınlaşdı, ancaq digər avtobusun dayanacağı zəbt etdiyinə görə sərnişinlər avtobusa yolun ortasında düşüb, minməli oldu.

88 saylı marşrutdan xahiş etdim ki, bir az qabağa sürsün ki, digər avtobuslar dayanacağa girsin, ancaq o, mənim sözlərimi ciddiyə almayıb qapıları bağladı. Nəticədə eyni vəziyyət digər avtobuslarda da yaşandı, sərnişinlər yolun ortasında düşüb minməli oldular" - şikayətçi şəxs bildirib.

Məsələ ilə bağlı lazımi qurumlarla əlaqə saxladıq, ancaq zənglərimiz boşa çıxdı.

Ceyhun Ələkbərov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.