Cəmiyyət

Əllə, dillə və düşüncə ilə müdaxilə

28 Noyabr 2015 20:45
1 Şərh     Baxış: 856
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir hədisi-şərifdə belə buyurulur: "Birinin qüsurunu gördükdə onu əllə düzəltməyə çalışın, bunu bacarmırsınızsa, dillə düzəltməyə çalışın, onu da bacarmırsınızsa, ürəyinizdə ona qarşı etiraz edin".

Alimlər bu hədisi-şərifi açıqlayarkən deyirlər ki, bir insanın xətasını düzəltmək əlaqədar şəxslərə və orqanlara düşər. Əgər siz küçədə birinin ədəbsizliyini görürsünüzsə, ona əllə müdaxilə haqqına sahib deyilsiniz. Bu haqq dövlətə və ya əlaqədar təşkilatlara aiddir. Amma bir valideyn öz övladının, bir müəllim tələbəsinin qüsurunu bəzən əllə düzəltmək haqqına sahib ola bilər. Yəni biz başqasının qüsurunu dillə düzəltmək haqqında düşünməliyik. Bu da hər kəsin bacaracağı iş deyil. Elə etmək lazımdır ki, dediyimiz sözün, üslubun bir səmərəsi olsun. Yoxsa, söz xatirinə söz demək və ya başqaları şahid olsunlar ki, "mən bu sözü dedim" düşüncəsi ilə davranmaq doğru sayılmır. Burada səviyyə məsələsi önəmlidir, üslub önəmlidir və deyilən sözün doğuracağı reaksiyanı irəlicədən hesablaya bilmək önəmlidir. Yoxsa, nəticəsinin uğursuz olacağını bildiyin halda bu işə girməyin nə sənə, nə də qarşı tərəfə bir səmərəsi ola bilər.

Həmin qüsura qarşı ürəyində etiraz eləmək isə daha çox "Allahım, onu bu xətadan qurtar, məni də bağışla" anlamında bir duadır.
"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.