Cəmiyyət

Bazarlarda yeni soyğunçuluq növü

28 Noyabr 2015 11:58
17 Şərh     Baxış: 8 052
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pul xırdalamaq üçün yaxınlaşırlar və əlində olan bütün pulları alıb qaçırlar.

Milli.Az-ın verdiyi xəbərə görə, artıq bu barədə polisə bir neçə şikayət daxil olub.

Bunlardan biri də Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən bazarda baş verib.

Ağdaş rayon sakini, 1953-cü il təvəllüdlü Rafiq Rəfiyev bildirib ki, naməlum bir şəxs ona yaxınlaşaraq 20 manatı xırdalamasını istəyib. O, həmin pulu xırdalamaq üçün cibindəki pulları çıxarıb. Bu zaman naməlum şəxs onun əlində olan 130 manatı dartıb alaraq qaçmaq istəyib. R.Rəfiyev isə cəld tərpənərək pullarını əlində bərk sıxıb, lakin bu da onun pulunu qorumayıb. Belə ki, 130 manat pul ortadan tam bölünüb. Cəhdinin boşa çıxdığını görən həmin şəxs ortadan cırılan pulları onun sifətinə tullayaraq qaçıb gedib.

Faktla bağlı araşdırma aparılır.

Fatimə
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.