Cəmiyyət

Nardaranda gecə nələr baş verib?

28 Noyabr 2015 00:32
2 Şərh     Baxış: 10 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nardaran qəsəbəsində vəziyyət dəyişməz olaraq qalır. Qəsəbənin giriş və çıxışı yenə ciddi nəzarətdədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, gecə saatlarından başlayaraq artıq yalnız qəsəbəyə daxil olan avtomobillər deyil, nəqliyyat vasitələrindəki sərnişinlərin sənədləri də yoxlanılır.

Həmçinin Nardaranda qeydiyyatda olmayan şəxslərin avtomobillərinin qəsəbəyə girişinə icazə verilmir.

Qəsəbədə elektrik enerjisi hələ də bərpa edilməyib. Xatırladaq ki, abonentlərin borcu olduğu üçün elektrik enerjisinin verilişi ötən gündən dayandırılıb.

Kənd sakinləri hələ də meydanı tərk etməyiblər, tonqal yandıraraq ətrafına yığışıblar.

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov Trend-ə bildirib ki, hazırda meyitlər ekspertizadadır: "Hazırda istintaq aparılır. Meyitlərin noyabrın 28-də qaytarılacağı deyilib. Məsələni şişirtməyə ehtiyac yoxdur. Heç kəs bizə meyitlərin qaytarılmayacağını deməyib".

N.Kərimov qeyd edib ki, heç kəs hadisələrin belə cərəyan etməsini istəməzdi: "Qarşıdurma zamanı həlak olmuş polislər də bizim qardaşlarımızdır. Hamımız azərbaycanlıyıq. Allah hamısına rəhmət eləsin! İstintaq gedir. İnanırıq ki, istintaqın yekununda günahkarlar öz cəzalarına çatacaqlar".

Qeyd edək ki, Trend-in əməkdaşları hazırda hadisə yerindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.