Cəmiyyət

Azərbaycanda işsizlik sığortası tətbiq olunacaq

27 Noyabr 2015 23:18
1 Şərh     Baxış: 1 425
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda işsizlik sığortası tətbiq olunacaq". Milli.Az "report"a istinadən bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beyləqan rayonunda jurnalistlərə açıqlamasında bildirib.

Nazir deyib ki, işsizlik sığortası sığortanın ayrı bir növüdür: "Xususilə bazar iqtisadiyyatı ölkələrində çalışan insanların sabah işsiz qalacağı halda həmin hadisədən sığortalanmları ücün belə bir sığorta növü tətbiq olunur. Ona görə də Azərbaycanda da belə bir sığorta növünün tətbiqinə ehtiyac yarandığını düşünürük. Bu səbəbdən də qanun layihəsi hazırlanıb. Bu layihə müvafiq icra hakimiyyəti orqanları ilə müzakirə olunub razılaşdırıldıqdan sonra hökumətə təqdim olunacaq".

S.Müslümov əlavə edib ki, son 6 ay ərzində məşğulluq xidməti orqanlarına iş üçün 27 700 nəfər müraciət edib: "Onlardan 13 min nəfərdən çoxu münasib işlə təmin olunub. Yerdə qalan insanların işlə təmin olunması istiqamətində tədbirlər həyata keçirilir. İşsizlik sığortası Rusiya, Türkiyə və ABŞ-da daha geniş yayılıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.