Cəmiyyət

Sağlamlığa zərərli test topluları - TƏHLÜKƏ - VİDEO

27 Noyabr 2015 22:07
1 Şərh     Baxış: 2 343
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2015-2016-ci il tədris ili üçün nəzərdə tutulan bəzi test vəsaitlərinin vərəqələri keyfiyyətsiz nəşr olunur. Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, bu hal əsasən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sifarişi əsasında "Şərq-Qərb" nəşiriyyatında nəşr olunan Azərbaycan dili, Ədəbiyyat və Tarix fənlərindən olan test toplularında yaşanır.

Könül Nəhmətova Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yayımladığı müxtəlif dərs vəsaitləri və test toplularından alıb. Əsas problem də bundan sonra yaranıb. Onun sözlərinə görə, dərsliklərin vərəqlərini səhifələdikdə rəngi ələ çıxır. Bu hal əsasən 2015-2016-cı tədris ili üçün nəşr olunan Azərbaycan dili, Ədəbiyyat və Tarix fənlərindən olan test toplularında yaşanıb.

O, həm Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, həm də test toplularını nəşr edən "Şərq-Qərb" nəşriyyatına müraciət edib.

Dermotoloqlar isə istər dərs vəsaitlərinin, istərsə də test toplularının nəşri zamanı keyfiyyətsiz istifadə olunan rəng vericilərin insan orqanizimində problemlər yaradacağını bildirirlər.

Məsələ ilə bağlı "Şərq-Qərb" nəşiryatından bildirilir ki, nəşriyyatda istehsal olunan məhsullar standartlara uyğun hazırlanır. Buna baxmayaraq, bəzi yerlərdə "Şərq-Qərb" nəşriyyatı adı altında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saxta test topluları satılır. Ola bilsin ki,vətəndaşda bu dərs vəsaitlərindən alıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sözcüsü Elnur Nağızadə isə məsələ ilə bağlı araşdırma aparılacağını bildirdi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Sağlamlığa zərərli test topluları

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.