Cəmiyyət

Ağsaqqallar Şurası: Nardaran hadisəsi ilə bağlı günahkarlar cəzalarına çatacaqlar

27 Noyabr 2015 21:28
Baxış: 3 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Nardaranda baş vermiş hadisə ilə bağlı günahkar şəxslər cəzalarına çatacaqlar. Milli.Az bildirir ki, bunu Trend-ə Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov bildirib.

N.Kərimov qeyd edib ki, heç kəs hadisələrin belə cərəyan etməsini istəməzdi: "Qarşıdurma zamanı həlak olmuş polislər də bizim qardaşlarımızdır. Hamımız azərbaycanlıyıq. Allah hamısına rəhmət eləsin! İstintaq gedir. İnanırıq ki, istintaqın yekununda günahkarlar öz cəzalarına çatacaqlar".

Qeyd edək ki, Trend-in əməkdaşları hazırda hadisə yerindədir. Qəsəbədə vəziyyət sabitdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.