Cəmiyyət

Gülnarə Xəlilova: "İstanbuldakı gecə çox möhtəşəm idi" - FOTO

27 Noyabr 2015 15:05
Baxış: 2 023
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda əfsanəvi dizayner, Türkiyə modasının yaradıcısı Yıldırım Mayrukun yaradıcılıq fəaliyyətinin 50 illiyinə həsr edilmiş defile keçirilib.

2016-cı il mövsümü üçün hesablanmış "2023Е Нikayeler - XXIV "Minevra" adlı kolleksiya gecənin qonaqları tərəfindən gurultulu alqışlar ilə qarşılanıb. Defilenin əsas modeli "Best Model of he World"-ün vitse-missi, "Best Model of Azerbaijan"-ın qalibi, aktrisa Günay Musayeva olub.

Azərbaycandan dəvət edilmiş fəxri qonaqlar arasında tanınmış modelyer dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova da olub. O, Trend-ə defile haqqında təəssüratlarını bölüşüb.

G. Xəlilovanın sözlərinə görə, Y. Mayruk 2015-ci ilin martında Bakıda olarkən "Baku Fashion Night 2015" çərçivəsində özünün "Pret-A-Porter" kolleksiyasını təqdim edib: "O mənim "İlham" və "İlmələrin sehri"- əl işi olan gecə və toxunmuş libaslardan ibarət kolleksiyamı da yüksək qiymətləndirib. Türkiyə modasının yaradıcısından belə sözləri eşitmək çox xoş idi. Bizim çox isti və ailəvi mehriban münasibətlərimiz yarandı. Bir neçə ay əvvəl o məni özünün kolleksiyasının defilesinə dəvət etdi və məmnuniyyətlə bu təklifi qəbul etdim. İstanbuldakı gecə çox möhtəşəm idi və tamaşaçılar əfsanəvi dizayneri və onun füsunkar kolleksiyalarını uzun müddət alqışladılar".

Azərbaycandan olan fəxri qonarlar arasında əməkdar incəsənət xadimi, modelyer dizayner Fəxriyyə Xələfova da olub.

Y. Mayrukun kolleksiyaları London, Paris, Nyu-York, Əbu-Dabi, Təl-Əviv və digər şəhərlərdə məşhurdur. İstedadlı dizayner Bursada anadan olub. Onun moda dünyasında hekayəsi 1950-ci ildə başlayıb. Y. Mayrukda üslub, dizayn, modaya sevgini böyük bacısı yaradıb. Türkiyəli dizayner evin yuxarı mərtəbəsindəki kiçik atelyedən üslub yaradıcısına çevrildi. Viktoriya Bekhem kimi super ulduz onun pərəstişkarıdır. Onun üslubu qadının azadlığını, bədənin gözəlliyini və xətlərin incəliyini tərənnüm edir. Məşhur dizayner kolleksiyalarında əsasən parçadan, şifondan, brilyantdan və rənglərdən istifadə edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.