Cəmiyyət

Şeyx Nardaranda həlak olan polisləri şəhid adlandırdı

26 Noyabr 2015 23:08
Baxış: 4 321
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, bu gün Nardaranda islamçı ekstremistlərlə qarşıdurma zamanı iki polis qəhrəmancasına həlak olub.

Ailələrinin təhlükəsizliyi baxımından Daxili İşlər Nazirliyi dünyəvi və demokratik Azərbaycan uğrunda mübarizədə canlarından keçmiş qəhrəman mərhum işçilərinin adlarını açıqlamayıb.

Milli.Az bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə virtualaz.org saytına açıqlamasında həmin polisləri şəhid elan edib.

Xatırladaq ki, Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu Mikayılov və Əbülfəz Heydət oğlu Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə "Müsəlman birliyi" adlı hərəkat yaradaraq Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplayıb, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil ediblər.

Həmçinin Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirib respublika əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə edərək, tərəfdarlarına göstərişlər verib, əhaliyə çağırış vərəqələri paylıblar.

Silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilib. Bu mənada həlak olan polislər heç vaxt dini-məzhəbi ideologiya ilə dövlətçilik modeli görmək isəməyən Azərbaycanın çiçəklənməsi uğrunda canlarından keçərək əzəmətli şəhidlik adı zirvəsinə yüksəliblər.

Canlarından keçərək bizim və uşaqlarımızın həyatını orta əsr cəhalətindən xilas edən həmin polislər hər cür hörmətə və ehirama layiqdirlər. Çünki Hacı Taleh kimilərinin cəhalətə aparan belə hərəkələri dini məzhəblərin, ilk nvbədə isə İslam dininin dəyərlərinə qarşı yönəlib. Bu məzhəbçilik müharibə, nifrət, dözümsüzlük təbliğ etməklə inkişaf elmi olan sivilizasiyanı və texnoloji nailiyyətləri inkar edir. Allah rəhmət eləsin!
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.