Cəmiyyət

Nardaran əməliyyatı: Rəis müavini danışdı

26 Noyabr 2015 16:15
4 Şərh     Baxış: 6 273
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Saytlarda mənim adım yaralılar arasında qeyd olunub, amma bu, belə deyil, hazırda iş başındayam.

Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü polis bölməsinin rəis müavini Sadiq Heydərov Nardarandakı atışmada yaralanması haqda yayılan xəbərlərdən danışarkən deyib. O, hadisə yerində olduğunu təsdiqləyib:
 
"Nardaranda insident baş verən ərazidə olmuşam. Həmkarlarım barədə yayılan məlumatları DİN mətbuat xidmətindən ala bilərsiniz. Amma özüm heç bir xəsarət almamışam".
 
Qeyd edək ki, yayılan məlumatlarda Nardaranda keçirilən əməliyat zamanı baş verən silahlı insidentdə 2 polis əməkdaşının həlak olduğu və 10 yaralının olduğu bildirilir.
 
Yaralılar arasında S.Heydərovun da adı çəkilirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.