Cəmiyyət

Türkiyə vətəndaşının Bakıda yarım milyon dollarını aldılar

26 Noyabr 2015 11:45
1 Şərh     Baxış: 2 164
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə vətəndaşı Bakıda aldadıldığını bildirib.

Milli.Az-ın verdiyi xəbərə görə, o, polisə müraciət edərək dələduzluğa məruz qaldığını deyib.

Türkiyə vətəndaşı, 1955-ci il təvəllüdlü Dəmir Mithat Galib oğlu bildirib ki, bu ilin aprel ayında Bakı sakinləri olan, 1970-ci il təvəllüdlü Ayaz Salehov, 1977-ci il təvəllüdlü Rəşad Sadıqov və Kəngərli rayon sakini, 1971-ci il təvəllüdlü Mənsur Məmmədov onun etibarından sui-istifadə edərək biznes qurmaq adı ilə 527 min dollar pul alıblar. Həmin şəxslər vəd etdikləri vaxtda pulu geri qaytarmayıblar. Araşdırma aparılır.

Fatimə

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.