Cəmiyyət

MTN generalı həbs edildi

25 Noyabr 2015 22:43
2 Şərh     Baxış: 10 333
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş Prokurorluğun əməkdaşları MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanovu həbs edib.

Milli.Az bildirir ki, bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələr mlumat verib.

Xəbərə görə, general Qurbanov barədə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Həbs olunan digər general Akif Çovdarov kimi S.Qurbanov da sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən yaxın adamı idi.

Bundan əlavə, S.Qurbanovu sabiq milli təhlükəsizlik nazirinin "ikinci kassiri" sayırdılar.

S.Qurbanov tabeçiliyində olan Zülfüqar Əliyev, Natiq Əliyev və Zaur Məmmədovla birgə 2015-ci ilin martında iş adamı Z.Salmanovun ofisində qanunsuz axtarış aparmaqda, daha sonra sahibkarı həbslə hədələyərək ondan böyük məbləğdə pul almaqda ittiham olunur.

Bu cinayətkar qruplaşma biznesmenlər K.Seyfullayev, H.Əliyev, A.Kərimov, E.İbadov, S.Məcidov, E.Mirzəyev və digərlərinin pullarını da eyni sxem üzrə ələ keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.