Cəmiyyət

Maşın bazarında qiymətlər necədir? - VİDEO

25 Noyabr 2015 13:35
0 Şərh     Baxış: 2 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

TTV (Region TV) xəbər verir ki, Tovuzun maşın  bazarında son günlər canlanma müşahidə edilir. Satışa çıxarılan avtomobillərin arasında daha çox sovet istehsalı olan nəqliyyat vasitələri üstünlük təşkil edir. Səbəbsə onların xarici maşınlara nisbətən daha az yanacaq işlətməsidir. Həm də ehtiyat hissələri daha asan tapılır. Hərçənd ki, alıcıların seçim etməsi üçün kifayət qədər maşın növləri sıraya düzülüb, satıcılar satış səviyyəsinin aşağı düşməsindən şikayət edirlər. Gəlin bir az da bunun niyə baş verdiyinə diqqəti yönəldək...

Bazara maşın gətirənlər real müştəri qıtlığının olduğunu deyirlər. Həm alıcıları, həm də satıcıları birləşdirən ortaq məqam var. Hər ikisi  qiymətdən narazıdır.  Maşın arzusunda olanlarsa qiymətlərin bahalığından daha çox şikayətçidirlər.

Alıcıların tələbləri böyükdür. Onlar avtomobilləri təklif olunan qiymətdən ucuz almaq istəyirlər. Həm də sərfəli, yanacağa qənaətli olan, ehtiyat hissələri tez tapılan nəqliyyat vasitələrini əldə etməyə çalışırlar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Maşın bazarında qiymətlər necədir?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.