Cəmiyyət

Bir neçə şəhər və rayonda qaz olmayacaq

25 Noyabr 2015 09:17
2 Şərh     Baxış: 3 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhərinin Sabunçu rayonunda, həmçinin Mingəçevir, Xaçmaz, Şəki və Kürdəmir rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, yeni yaşayış sahəsinin qazlaşdırılması, qəsəbə və kəndlərə təbii qazın verilməsi, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə noyabrın 25-dən saat 09:00-dan 18:00-dək Sabunçu rayonunun 2 saylı Sovxoz və Nardaran, Pirşağı, Kürdəxanı qəsəbələrinin, Mingəçevir, Xaçmaz, Şəki və Kürdəmir rayonlarında təbii qazın verilişində fasilələr yaranacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.