Cəmiyyət

Azyaşlı qızlar məlum, bəs oğlanlar?!

25 Noyabr 2015 07:53
3 Şərh     Baxış: 2 788
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu ilin yanvar-sentyabr ayında hüquq-mühafizə orqanları tərəfindən 41 erkən nikah müəyyənləşdirilib. Lakin yalnız 15 faktla bağlı cinayət işi açılıb, qalanları barədə yox. Bunun səbəbləri araşdırılmalıdır".

Milli.Az bildirir ki, bu barədə virtualaz.org saytına "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, digər hadisələrlə bağlı cinayət işinin başlanılıb-başlanılmadığı bəlli deyil: "Ola bilər ki, digər hadisələrlə bağlı cinayət işi başlanılıb, lakin şəxs və ya şəxslər hələ zərərçəkən kimi tanınmayıb. Bundan əlavə, məhkəmələrin erkən nikahlarla bağlı obyektiv qərar qəbul etməməsi də cəzasızlıqla nəticələnir".

M.Zeynalova dedi ki, erkən nikahların qarşısını almaq üçün həyata keçirilən tədbirlər yetərli effekt vermir. Buna görə də cəzaların sərtləşdirilməsi, aşkarlanmış faktlarla bağlı ciddi tədbirlərə ehtiyac var.

Qeyd edək ki, ötən il 84 min 912 nikah bağlanıb. 18 yaşına çatmayan 479 qız və 2 oğlan erkən nikaha girib. 2013-cü ildə 229 gəlin, 2 oğlan, 2012-ci ildə isə 295 qız, 5 oğlan azyaşlı olduğu halda nikaha girib.

Onu da xatırladaq ki, Azərbaycanda nikah yaşı 18-dir. Lakin istisnalar da var. Belə ki, müvafiq icra hakimiyyəti orqanı müəyyən səbəbləri nəzərə alaraq nikah yaşının 1 ildən çox olmayaraq azalda bilər.

Erkən nikahlardan doğulan uşaqların sayının 4-5 min arasında olduğu ehtimal edilir.

Hüquq müdafiəçisi boşanmalar zamanı qadınların və bu nikahlardan doğulan uşaqların hüquqlarının tanınmadığını da xatırlatdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.