Cəmiyyət

Eldar Mahmudovun avtosalonu bağlandı - FOTO

14 Noyabr 2015 22:09
10 Şərh     Baxış: 12 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova məxsus "Avtomobil Dünyası" maşın salonu fəaliyyətini tam dayandırıb.

Milli.Az havta.az-a istinadən bildirir ki, Badamdar qəsəbəsi Qurd Qapısı dairəsinə yaxın ərazidə yerləşən "Avtomobil Dünyası" adlı obyekt 2007-ci ildən fəaliyyətə başlayıb.
Maşın salonunda qiyməti 300 minə yaxın olan avtomobillərin satışı təşkil olunurdu. Avtosalon "Saba Crash"adı altında fəaliyyətə başlayıb. Bir müddət keçdikdən sonra isə "Crystal", son günlərə qədər isə "Avtomobil Dünyası" adı altında işləyirdi. Obyekt təkcə avtomobil satışı ilə kifayətlənmirdi. Belə ki, onun alt mərtəbəsində bahalı içki brendlərinin topdansatış mərkəzi olan "Caspian Crystal" dükanı da müştərilərə xidmət göstərib.

Əldə etdiyimiz məlumata görə, dünən axşam saat 23:00-dan etibarən salon boşaldılaraq, 100-dən çox bahalı maşın naməlum istiqamətə aparılıb. Şahidlərin əməkdaşımıza verdiyi xəbərə görə, salonun önünə çoxlu sayda bir neçə maşını eyni anda daşıya biləcək evakuatorlar gətirilib. Maşınlar bu evakuatorlara yüklənərək aparılıb.

Azpolitika.info-nun məlumatına görə, Azərbaycanda "Range Rover", "Jaguar", "Maserati" avtomobillərinin və "Dicati" motesikletlərinin rəsmi distribütoru olan "Crystal Motors" şirkəti də "Caspian Crystal" holdinqə bağlıdır.2006-cı ildən fəaliyyət göstərən, "Caspian Crystal" şirkətlər qrpunun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova bağlı olduğu iş dünyasına yaxşı məlumdur. Daha dəqiqi MTN şefi bu holdinqi oğlu üçün yaradb. Eləı "Caspian Crystal" holdinqin İdarə Heyətinin sədri də Anar Eldar oğlu Mahmudovdu. "Caspian Crystal"ın baş ofisi Bakıda Yusif Səfərov küçəsində "Caspian Crystal" plazada yerləşir.
"Caspian Crystal" bir neçə istiqamətdə ixtisaslaşıb - keyterinq, qida, restoranlar və avtomobil satışı. 
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.