Cəmiyyət

Bakıda idarəni yardılar

5 Noyabr 2015 12:26
0 Şərh     Baxış: 1 266
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Qaz İdarəsinin pəncərəsi sındırılaraq oğurluq edilib.

Milli.Az-ın verdiyi xəbərə görə, hadisə Salyan yolu 13-də yerləşən binada baş verib.
Səbail Rayon Qaz İstismar İdarəsinin 1 saylı xidmət sahəsinin inzibati binasında pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla binaya daxil olublar. Naməlum şəxslər bundan sonra binada yerləşən E-manat ödəmə aparatını sındırıblar. Onlar aparatın kassasından 303 manat pul oğurlayıblar.
Faktla bağlı araşdırma aparılır.

Fatimə
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.