Cəmiyyət

Pulunu, qızılını falçıya verən qızın ŞİKAYƏTİ

5 Noyabr 2015 11:41
4 Şərh     Baxış: 2 173
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Falçıya pul və qızıl verən qız peşman olub polisə üz tutdu

Bakıda falçıya aldanıb ona pul verən qız sonradan bu barədə 102 xidmətinə məlumat verib.
Milli.Az bildirir ki, özünü Mirxanım kimi təqdim edən qadın Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində yaşayan, 1990-cı il təvəllüdlü Əminə Səmədovanın mənzilinə gəlib. 25 yaşlı qıza özünü falçı kimi təqdim edən qadın evə daxil olub. Sonra ondan gələcəyini söyləmək üçün 100 manat pul və 3 ədəd qızıl üzük alıb. Qadın çıxıb getdikdən sonra yaxınlarının məsləhəti ilə 25 yaşlı qız bu barədə polisə məlumat verib.

Fatimə
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.