Cəmiyyət

Bakıda 78 yaşlı qadının brilliantlarını kim apardı?

2 Noyabr 2015 10:36
3 Şərh     Baxış: 2 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda naməlum şəxslər keçmiş məhkum qadının əl-qolunu bağlayıb brilliantlarını aparıblar.

Milli.Az bildirir ki, Binəqədi rayonu 3-cü mədən korpusunda yaşayan keçmiş məhbus, 1937-ci il təvəllüdlü Zemfira Baxşəliyevanın evinə şəxsiyyəti müəyyən olunmayan iki quldur basqın edib.

Səhər saat 08 radələrində iki nəfər maskalı şəxs həyətyanı hasardan aşaraq evin açıq qalan qapısından içəri giriblər. Quldurlar 78 yaşlı qadının əllərini və ağzını "skotç"la bağlayıblar. 

Bundan sonra maskalı şəxslər qadını taxta parçası və bıçağın arxa hissəsi ilə vuraraq evdəki pulun və qızılın yerini deməyə məcbur ediblər. Həmin şəxslər evdən 20 min manat pul və 1 ədəd brilliant qaşlı üzük tapıb götürüblər. Gedərkən isə döyərək xəsarət yetirdikləri qadının qulaqlarından brilliant qaşlı sırğa dəstini çıxarıb aparıblar.

Hadisədən sonra Zemfira Baxşəliyeva 102 xidmətinə məlumat verib, özü isə xəstəxanada yardım aldıqdan sonra evə buraxılıb.

Faktla bağlı Binəqədi RPİ 4-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Fatimə 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.