Cəmiyyət

“Keyxanım” Afaq Bəşirqızını əvəz edəcək

13 Oktyabr 2015 23:41
0 Şərh     Baxış: 3 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabr ayının 17-də Azərbaycan Dövlət Musiqili Teatrında "Mən dəyərəm min cavana"  tamaşası nümayiş olunacaq. 

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu tamaşada aktrisa dəyişikliyinin olduğunu bildirib.
 
Onun sözlərinə görə, tamaşada xalq artisti Afaq Bəşirqızının oynadığı Güldəstə obrazını bu dəfə aktrisa Ülviyyə Əliyeva canlandıracaq. Çoxlarının televiziyadan "Keyxanım" kimi tanıdığı Ülviyyə  Əliyeva bundan böyük şərəf duyduğunu dilə gətirib: "Artıq səkkizinci dəfədir ki, "Mən dəyərəm min cavana" tamaşasında Güldəstə obrazını oynayacağam. Mənə qədər bu obrazı Azərbaycanımızın böyük aktrisası, mənim ustadım Afaq xanım Bəşirqızı ifa edib. Teatrdan bu rol mənə təklif olunanda ilk növbədə Afaq xanımla əlaqə saxladım, ondan halallıq aldım. Çünki belə bir obrazı oynamaq üçqat məsuliyyətdi. Birincisi ona görə ki, artıq Afaq xanım bu obraza öz oyunuyla möhür vurub. İkincisi, Afaq xanım mənim ustadımdır. Və üçüncüsü, xalq artisti İlham Namiq Kamalla tərəf müqabili olmaq daha bir böyük məsuliyyətdir. İnanıram ki, mənə göstərilən etimadı doğruldacaq, Güldəstə obrazını öz ifamda tamaşaçılara sevdirə biləcək və bu obrazın sevilən ifaçısı ola biləcəyəm". 
 
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur. Rolları xalq artisti, "Şöhrət" ordenli İlham Namiq Kamal, əməkdar artistlər Nərgiz Kərimova, Əkbər Əlizadə, aktyorlar Rəsmiyyə Nurəhmədova, Gülçöhrə Abdullayeva, Nadir Xasıyev, Gülnarə Abdullayeva, Elxan İsmayılov, Elnarə Nağdəliyeva, Əlif Cahangirov və Rəşad Məmmədov ifa edirlər.  
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.