Cəmiyyət

58 qəpiyə başa gələn toyuq əti niyə 3-4 manata satılır?

13 Oktyabr 2015 22:42
11 Şərh     Baxış: 3 290
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il Azərbaycana 6 milyon dollarlıq toyuq əti gətirilib. Maraqlıdır ki, toyuq ətinin 1 kiloqramı 58 qəpiyə başa gəlib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məlumat verib.

V.Məhərrəmovun sözlərinə görə, ötən il ölkəyə 6 milyon dollar dəyərində olan, hissələrə ayrılmış 8,1 min ton toyuq əti idxal olunub. Amma 58 qəpiyə başa gələn toyuq əti dəyərindən 5 dəfə baha satılıb.

Bundan başqa, ölkəyə hissələrə ayrılmamış 1004 ton toyuq əti də gətirilib (842 min dollarlıq). Bu qrupa aid olan malın 1 kiloqramının idxal dəyəri isə 66 qəpik təşkil edib. Lakin 66 qəpiyə olan toyuq əti də satışa dəyərindən 4-5 dəfə baha çıxarılıb.

Ekspert deyir ki, xaricdən gətirilmiş toyuq məmulatlarının alıcıları əsasən əhalinin kasıb, imkansız təbəqəsidir. Buna baxmayaraq iş adamları və bəzi məmurlar qiymətləri dəfələrlə şişirdir.

Qeyd edək ki, xaricdən gətirilən və 1 kiloqramı 4-6 qəpiyə başa gələn kartoflar isə yerli bazarda  60-90 qəpiyə satılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.