Cəmiyyət

3 saatda 40 sürücü cərimələndi - VİDEO

13 Oktyabr 2015 18:30
1 Şərh     Baxış: 1 040
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Siyəzən rayon Polis Şöbəsinin dövlət Yol Polisi Bölməsinin əməkdaşları Siyəzən şəhəri ərazisində avtoreyd keçirib. 3 saat müddətində davam edən reyd zamanı 40-a yaxın yol hərəkəti qaydalarını pozan sürücü saxlanılıb.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, axşam saatlarında başlanılan avtoreyd Siyəzən şəhəri, Heydər Əliyev prospektində keçirilib. Reyd zamanı yol hərəkəti qaydalarını pozan, avtomobilə əlavə avadanlıq quraşdıran, təhlükəsizlik kəmərindən istifadə etməyən və nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən sürücülər saxlanılaraq, barələrində protokol tərtib olunub. Siyəzən şəhəri ərazisinə iritonnajlı yük avtomobillərinin girişi qadağan olunduğundan belə nəqliyyat vasitələri də saxlanılaraq duracağa aparılıb. Reyd zamanı polisin saxla əmrinə tabe olmayıb ərazidən uzaqlaşmağa çalışan sürücülərə də rast gəlinib.

Reyd zamanı ümumilikdə 40-a yaxın qayda pozuntusu aşkarlanıb, 2 nəfər sürücünün sərxoş olduğu müəyyənləşdilərək müvafiq tədbirlər görülüb.

Analoji reydlərin mütəmadi keçirilməsi planlaşdırılır. 

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.​

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.