Cəmiyyət

Bakının bu küçəsində tıxacı piyadalar yaradır - FOTO

12 Oktyabr 2015 22:59
8 Şərh     Baxış: 2 173
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azadlıq prospektində yerləşən "28 Mall" ticarət mərkəzinin qarşısında günün bütün saatlarında tıxac və sıxlıq olur.

Səbəb isə nə qədər qəribə olsa da avtomobillər deyil.

Prospektin həmin hissəsində piyadalar üçün keçid var. İlk baxışda normal haldır. Çünki piyada zolaqları ("zebra"lar) hərəkətin təhlükəsizliyi və rasional şəkildə tənzimlənməsi baxımından çox vacibdir. Amma yolun sözügedən hissəsində bu zolaqlar hərəkətə mane olur. Nəticədə uzun tıxaclar yaranır.

Belə ki, yol hərəkəti qaydalarına əsasən avtomobillər burada günün bütün saatlarında piyadalara yol verməyə məcburdur. Bura isə şəhərin mərkəzidir. Metronun çıxışına yaxındır. Bu üzdən orada günün demək olar ki, 12-13 saatı izdiham olur. Avtomobillər piyadaları bəzən yarım saat, hətta daha çox gözləməyə məcburdur. Səbri çatmayan sürücülər isə bəzən gözləmir ki, bu da daha böyük təhlükə mənbəyidir. Adıçəkilən yerdə nə yeraltı keçid, nə də işıqfor var.

Bəs burada işıqfor qoyulması mümkündürmü? Bu, daha düüzgün olmazdımı?

Milli.Az bildirir ki, virtualaz.org bu sualı Baş Dövlət Yol Polisi İdarəsinin yol hərəkət təhlükəsizliyinin təbliği və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə ünvanlayıb.

K.Əliyev sayta açıqlamasında bildirdi ki, Azadlıq prospektinin "28 Mall" ticarət və əyləncə mərkəzinə yaxın hissəsində işıqfor quraşdırılması ilə bağlı təkliflər planı hazırlanıb: "Biz sırf həmin yerlə bağlı təklif hazırlamışıq. Orada tezliklə dəyişiklik olacaq. Nəzərdə tutulub ki, piyadalar üçün işıqfor quraşdırılsın. O ərazidə piyadaların çoxluğu nəqliyyatın hərəkətində problem yaradır və sıxlığa səbəb olur".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.