Cəmiyyət

Məktəb dərsliyində daha bir biabırçı səhv

10 Oktyabr 2015 22:53
22 Şərh     Baxış: 8 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məktəb dərsliyində daha bir biabırçı səhv aşkarlanıb.
 
Ekspert Ərşad Hüseynov ibtidai sinif uşaqları üçün tərtib olunan dərslikdə yolu necə keçildiyi ilə bağlı olan məlumata öz fikirini bildirib.
 
Milli.Az interaz-a istinadən bildirir ki, ekspert öz facebook səhifəsində qeyd edib.
 
"İbtidai sinif uşaqları üçün dərslikdə guya yol hərəkəti qaydalarına həsr olunmuş bu şəkil və balaca mətn mənim də diqqətimi çəkdi. Mediada bu dərslikdəki mətndə yol verilən texniki səhvə - "sola" əvəzinə "sağa" yazılmasına diqqət yetirilir. Əslində bu, o qədər də faciəli sayılmayacaq texniki səhvdir. Amma yazıda və şəkillərdə faciə sayıla biləcək başqa səhv var.
 
Nə mətndə, nə də şəkillərdə yolun piyada keçidi ilə keçilməli olduğu deyilmir (təsvir olunmur). Bax, əsl faciə budur: övladlarımıza öyrədirik ki, yolu haradan kefin istəyir keç. Dəfələrlə dediyimi bir də təkrarlayıram: yol hərəkəti qaydaları Misir kahinlərinin qaranlıq mağarada saxladığı sirr deyil. Bu hər yerdə tapılan qanunda yazılıb, bunu hər kəs bilməlidir. Bunu bilməyən adamın başqasına, özü də məktəb dərsliyində yol hərəkəti qaydaları öyrətmək istəməsi isə əsl biabırçılıqdır".
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.