Cəmiyyət

Siyəzəndə ağır qəza: 1 ölü, 4 yaralı

10 Oktyabr 2015 19:42
1 Şərh     Baxış: 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı - Quba - Rusiya Federasiyası dövlət sərhədi yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Milliö.Az APA-ya istinadən bildirir ki, qəza magistralın 95-ci km-də, Siyəzən rayonu ərazisində qeydə alınıb.
 
"Mersedes" markalı maşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində bir nəfər ölüb, 4 nəfər müxtəlif bədən xəsarətləri alıb.
 
Ölən şəxs 1976-cı il təvəllüdlü Bakı şəhər sakini Səttərova Səadət Abdulla qızıdır. Maşında olan 4 nəfər isə müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
 
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.