Cəmiyyət

Ətrafa mürşidlərin göndərilməsi və zəkat məmurları

10 Oktyabr 2015 19:40
0 Şərh     Baxış: 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ətrafa göndərilən valilər idari işlərdən başqa, xalq arasında çıxan davalara baxır, mübahisələri həll edir, varidatı, zəkatı toplayır, xalqa dini öyrədir, Quranı təlim edirdilər. Bu valilər vəzifəyə yollanan zaman, Həzrəti Peyğəmbər onlara təlimat verirdi. Muaz ibni Cəbəl Yəmənə getdiyi zaman, ona bunları söyləmişdi: 

"Sən kitab əhlindən bir camaatla qarşılaşacaqsan. Onlara Allahdan başqa bir tanrı olmadığını söylə, mənim də Allahın Peyğəmbəri olduğumu söylə. Onları tək Allaha dəvət et. Əgər bunu qəbul etsələr, o zaman Allahın hər gün, beş vaxt namaz qılmağı əmr etdiyini başa sal. Bunu da qəbul edərlərsə, o zaman Cənabı Haqqın onların varlılarından alınaraq kasıblarına verilmək məqsədi ilə zəkat və sədəqələr verməsini əmr etdiyini bildir. Bunu da qəbul etsələr, onların mallarına toxunmaqdan qorx. Bir də məzlumların qarğışından çox qorx. Çünki məzlumların ahı ilə Allah arasında heç bir pərdə yoxdur".

Bu vəzifələrə təyin edilən adamların geniş məlumatlı olmaları lazım idi. Muaz ibni Cəbəli Cəmənə göndərdiyi zaman, Həzrəti Peyğəmbər ondan soruşmuşdur:

- Necə hökm verəcəksən?

- Allahın kitabının göstərdiyi kimi.

- Kitabda olmayan xüsuslarda, nə edəcəksən?

- Allahın Peyğəmbərinin sünnətinə görə hökm verəcəyəm.

- Əgər sünnəttə də bu xüsuslar barəsində bir şey tapmasan, nə edəcəksən?

- Düşünürəm, ağıl və mühakiməməm görə həll edərəm.

Bu cavabdan sonra Peyğəmbərimiz:

- Allaha çox şükür ki, Peyğəmbərinin elçisini, Peyğəmbərinin razı olduğu şeyə nail etdi, dedi.

Ancaq xalqı idarə etmək üçün yaxşı siyasət, ətraflı məlumatdan ziyadə mehribanlıq, sevimlilik, həlimlik və şirinlik də lazım idi. Xalq belə şeylərə təşnə idi. Gülər üzün, şirin sözün qüdrəti topdan, tüfəngdən daha üstündür. Ona görə də bəşəriyyətin ən böyük mürşidi ətrafa irşad vəzifəsilə göndərdiyi adamlara bunları tövsiyə edərdi. Muaz ibni Cəbəl ilə, Əbu Musa əl-Əşariyə belə demişdi:

"Asanlaşdırın, çəkinin çətinləşdirməkdən, müjdələyin, nifrət oyandırmayın. Uyuşun, ayrılmayın".

Həzrəti Peyğəmbər bununla da kifayətlənməmiş, Muaz ibni Cəbəl ayağını atının üzəngisinə qoyub hərəkət etmək istədiyi zaman, ona son tövsiyəsini vermişdir: "Hamıya qarşı gözəl xasiyyətlə hərəkət et, yaxşı davran".

Ən adil və ən azadlıq sevər dövlətlər belə, asi xalqı yatırmaq üçün qüvvət və şiddətdən istifadə edərlər. Ancaq islamiyyət qətiyyətlə bunun əleyhinədir. Həzrəti Məhəmmədin zamanında onun məmurlarından heç biri bir adamın belə burnunu qanatmamışdılar. Bunun səbəbi Həzrəti Peyğəmbərin onlara verdiyi tövsiyələr, etdiyi təlqinlər idi. Sonralar, işləir yolundan çıxanda Həzrəti Peyğəmbərin bu tövsiyələrini xatırlayanlar olmuşdu. Məsələn, bir dəfə Hişam ibni Hakim Suriya Nabatilərindən bir neçəsinin günəş altında dayandıqlarını görmüş, səbəbini soruşduğu zaman onların vergini vermədiklərini öyrənmişdi. Hişam Həzrəti Peyğəmbərin: "Dünyada insanlara əzab verənlərə Allah əzab verər", dediyini söyləmişdi.

Həzrəti Peyğəmbər, ətrafa irşad vəzifəsilə göndərdiyi mürşidlərə təlimat verərkər dinin əsasları bəyan olunurdu. Əbu Musəl Əşari ilə Muaz ibni Cəbələ verilən təlimat islamda din mürşidlərinə bir dərs nümunəsidir. Həzrəti Peyğəmbər onlara belə buyurmuşdu:

- Asanlaşdırın, çətinləşdirməyin. Xalqa müjdələr verib sevindirin, nifrət etdirməyin: Xalqa həlim münasibət göstərin, təzyiq etməyin. Siz, özlərinə məxsus bir dinə tabe olan insanlarla qarşılaşacaqsınız. Onları əvvəlcə Tevhidə, Peyğəmbərin gətirdiklərini qəbul dəvət edin. Bunu qəbul etdikdən sonra, hər gün beş vaxt namaz qılmağıq vacib olduğunu başa salın. Bunu da qəbul etdikdən sonra, zəkat verməyə dəvət edin. Zəkat onların varlılarından alınaraq kasıblarına verilir. Əhli kitabdan olanlarla görüşdüyünüz zaman, onlar sizdən "Cənnətin açarı nədir?" deyə soruşacaqlar. Siz də onlara cavab verdiyiniz zaman deyəcəksiniz ki, "Cənnətin açarı Allaha iman etmək və saleh əmərllərlə məşğul olub faydalı və yaxşı işlər görməkdir".

O zaman Yəməndə islamiyyət çox asanlıqla inkişaf etdi. İslama qılınc dini deyənlər, Yəmənə heç qılınc girmədən bu dinin necə qəbul edildiyini heç düşünürlərmi? 
"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.