Cəmiyyət

Bakıda Rixard Zorgenin 120 illiyi qeyd edildi

8 Oktyabr 2015 23:56
1 Şərh     Baxış: 1 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sovet kəşfiyyatçısı, əslən Bakıdan olan Rixard Zorgenin anadan olduğu gündən 120 il ötür.

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, burada kəşfiyyatçının yubileyinə həsr olunan tematik görüş keçirilib. Görüşdə Bakı Slavyan Universitetinin tələbə və müəllimləri, Bakının 27 nömrəli məktəbinin şagirdləri, həmvətənlər təşkilatlarının nümayəndələri iştirak ediblər.

"Rossotrudniçestvo" agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov çıxışında deyib: "Rixard Zorge barədə çox kitab yazılıb, sənədli və bədii filmlər çəkilib. Azərbaycanda öz həmyerlilərinə böyük ehtiramla yanaşırlar. Bakıda qəhrəmana abidə ucaldılıb. Bu insanın unikallığı bundadır ki, o, öz soyadı ilə kəşfiyyat fəaliyyəti aparıb və uydurma adlardan heç vaxt istifadə etməyib".

Bakı Slavyan Universitetinin tələbəsi Elmira Mehdiyeva görüş iştirakçılarına R.Zorge haqqında qısa məruzə təqdim edərək, kəşfiyyatçının bioqrafiyasından az tanınan faktlardan danışıb.

Tədbirdə "Açılmamış sirlər" silsiləsindən "Rixard Zorge Moskvanı necə xilas etdi" sənədli filmi nümayiş etdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.