Cəmiyyət

Azərbaycanda uşağı su apardı

8 Oktyabr 2015 22:28
7 Şərh     Baxış: 1 118
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yevlax rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib - 3 yaşlı uşağı su aparıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, Yevlax rayon prokurorluğundan verilən məlumata görə, rayonun İslamabad kənd sakini Aytən Ələkbərova və 3 yaşlı övladı Ayxan Əbüfəz oğlu Ələkbərov kanaldan keçmək üçün üzərində olan borunun üzərinə çıxıblar. Elə bu zaman onların ayaqları sürüşüb, ana və övlad suya düşüblər. Axar su onları aparmağa başlayıb. Aytən Ələkbərova sudan çıxmağa nail olsa da, Ayxan Ələkbərovu su aparıb. 

Dərhal hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin dövlət sularda xilasetmə xidmətinin əməkdaşları cəlb edilib. Aparılan araşdırmalar nəticəsində azyaşlı sudan çıxarılıb və ailəsinə təhvil verilib. Həmin ailənin Ayxandan başqa bir övladı var.

Faktla bağlı Yevlax rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.