Cəmiyyət

Tərtərdə gənci kəndliləri döydülər

8 Oktyabr 2015 22:21
3 Şərh     Baxış: 972
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tərtərdə yerli sakinlər arasında dava baş verib.
Milli.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində qeydə alınıb.
Kənd sakini 27 yaşlı Hüseynov Rəşad Yaşar oğlu bir qrup həmkəndlisi tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan kənd sakini Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Travmatologiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti orta ağırdır.
Faktla bağlı Tərtər Rayon Polis şöbəsində araşdırma aparılır.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.