Cəmiyyət

Bir neçə telefonunuz var - TƏHLÜKƏ - VİDEO

8 Oktyabr 2015 21:26
0 Şərh     Baxış: 3 121
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birdən artıq telefon işlətmək insan orqanizmi üçün olduqca təhlükəlidir.

İndi bir yox, 2-3 hətta 4 telefon işlədənlər var. Ancaq mütəxəssislər hesab edirlər ki, üstün cəhətləri ilə yanaşı, mobil telefonlar insan orqanizmi üçün təhlükəlidir. Xüsusilə də 1 yox, bir neçə telefondan istifadə edənlər .

Milli.az "Xəzər Xəbər"ə istinadən bildirir ki, birdən artıq telefon işlətmək insan orqanizmi üçün olduqca təhlükəlidir. 2 ya da 3 mobil telefon işlədənlərin məruz qaldığı şüalar da 2-3 qat çox olur. Telefonların şüası sonda xərçəngə də səbəb ola bilər.

Gün ərzində 2 saatdan çox telefondan istifadə etmək də stress, ürək, diqqət pozğunluğu, eşitmə və nevroz kimi problemlərin ortaya çıxmasına səbəb olur. Bundan əlavə gecələr telefonların yatağın yaxınına qoyulması da təhlükəlidir.

Mobil telefondan ən çox zərər görənlər isə hamilə və azyaşlı uşaqlardır. Bunun üçün mümkün qədər telefondan az istifadə etmək lazımdır.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.