Cəmiyyət

Bakı metrosunda həyəcanlı anlar: sərnişinlər təxliyyə olundu - FOTO

7 Oktyabr 2015 21:08
13 Şərh     Baxış: 7 297
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı metrosunun "İçərişəhər" stansiyasında qatarın hərəkəti dayanıb.

Milli.Az "qafqazinfo"ya istinadən bildirir ki, metropoliten işçilərinin, maşinistlərin cəhdlərinə baxmayaraq qatarı hərəkətə gətirmək mümkün olmayıb.

Qatarın hərəkətə gətirilməsinin mümkün olmadığını görən sərnişinlər arasında panika yaşanıb. Maşinistlər sərnişinləri qatardan təxliyyə edib.

Təxminən 15 dəqiqəyə yaxın davam edən bu situasiyadan sonra qatarın hərəkətini bərpa etmək mümkün olub.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev hadisə ilə bağlı musavat.com-a açıqlama verib.

O bildirib ki, hadisənin baş verməsinə səbəb qatarda yaranan texniki nasazlıq olub:

"İçəri Şəhər" stansiyasından "Həzi Aslanov" istiqamətində hərəkət edən 11 saylı qatar texniki nasazlıq səbəbindən işə düşmədi. Bu səbəbdən problem həll olunana qədər təxminən yarım saat ərzində qeyd olunan stansiyada qatar hərəkətsiz olaraq qaldı. Lakin artıq problem öz həllini tapıb".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.