Cəmiyyət

Bakı Avtovağzalı ilə bağlı qorxunc iddia

7 Oktyabr 2015 17:55
6 Şərh     Baxış: 2 280
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının əməkdaşları Bakı Avtovağzal kompleksinin qarşısında sürüşmə baş verən əraziyə baş çəkiblər.

ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev APA-ya bildirib ki, yağışlar davam edərsə, ərazidə uçma, böyük çökmə baş verə bilər.

Onun sözlərinə görə, sürüşmə atmosfer çöküntülərinin, ərazidə aparılan suvarmanın təsiri nəticəsində baş verib.

Baş geoloq əlavə edib ki, lay sularının sürüşmə prosesində rolunun olub-olmamağı aparılan tədqiqatlardan sonra bilinəcək.

Ə. Piriyev qeyd edib ki, sürüşmənin Avtovağzal binasına heç bir təsiri olmayıb.

Qeyd edək ki, bu gün Bakı-Sumqayıt yolunda sürüşmə baş verib. Sürüşmə hadisəsi şəhər istiqamətində, Bakı Avtovağzal kompleksinin qarşısında qeydə alınıb.

Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, Avtovağzalın yola yaxın həyətində iri çatlar əmələ gəlib. Sürüşmə nəticəsində yolun Sumqayıtdan Bakıya gələn istiqamətdə yolun ortasında böyük çatlar əmələ gəlib, yolun ortasından Avtovağzal istiqamətində qeyri-bərabər çökmə baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.